Yunan-Roma güləşçilərimiz bütün çəkilərdə medal qazanıblar

18 May 2017 20:36 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu gün mübarizəyə qoşulan pəhləvanlar da fəxri kürsüyə yüksəlməyi bacarıblar.

Onlar 3 qızıl, bürünc medal qazanıblar. Kamran Məmmədov (66 kq), Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) qızıl medala sahib olub. Günün yeganə bürünc medalını 130 kq çəki dərəcəsində yer alan Sabah Şəriəti qazanıb. O, 3-cü yer uğrunda görüşdə suriyalı Raja Alkradı 9:0 hesabı ilə yenib.

Qeyd edək ki, il yarış günündə Orxan Nuriyev (98 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş, Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) bürünc medala yiyələnib.