Nyu-Yorkda sürücü avtomobili piyadaların üstünə sürüb - Foto + Video

18 May 2017 21:30 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

İnsident şəhərin məşhur küçəsində - “Tayms skver” meydanında baş verib.

Şahidlərin sözlərinə görə, sürücü yüksək sürətlə səkiyə çıxıb və piyadaları vuraraq hadisə yerindən qaçmağa çalışıb. Sürücü tutulub, onun şəxsiyyəti barədə hələlik məlumat verilmir.

Şahidlərdən biri sürücünün bilərəkdən insidenti törətdiyini bildirib.

CBS kanalı polislərə istinadən, hadisənin terror olmadığını açıqlayıb.

Video: At least 10 people receiving treatment after vehicle strikes pedestrians in NYC's Times Square@BraddJaffy pic.twitter.com/vSk548yHNs

— Global News (@GlobalZarfati) 18 мая 2017 г.