Avtomobil kanala düşdü - Sürücü öldü

19 May 2017 09:48 (UTC+04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Aranlı kəndində qeydə alınıb.

İmişli rayonunun Aranlı kənd sakini, 1986-cı il təvəllüdlü Həsənov Məzahir Səhliyalı oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobil idarəetmədən çıxaraq kanala aşıb.

Sürücü hadisə yerində ölüb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az