Nyu-York terrorçusu: "Qeybdən səs eşitdim"

19 May 2017 10:02 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu York polisi qeyd edir ki, Riçard Roxas hücum edən zaman narkotikin təsiri altında olub.

Ötən gün Riçard Roxasın “Times Square” meydanında işıqforun qırmızı işığında Honda markalı avtomobili yolu keçən insanların üzərinə sürməsi nəticəsində 18 yaşlı gənc ölüb, 22 nəfər xəsarət alıb.

Avtomobil dayanan zaman qaçmağa çalışan Riçardı hadisə şahidləri yaxalaya bilib.

Polis cinayətkarın daha əvvəl içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün 2 dəfə həbs olunduğunu bildirib. Roxas həbs olunan zamanı polisi deyib ki, polis ona atəş açmalıdır. “Siz mənə atəş açmalı idiniz. Mən onları öldürmək istəyirdim” – deyə Roxas qeyd edib.

Nyu-Yorkun meri Bill De Blazio baş vermiş hadisənin terror aktı olmadığını bəyan edib.

Bəxtiyar Abbasov

AzNews.az