Dəhşətli yanğından 2 il ötür

19 May 2017 10:14 (UTC+04:00)

AzNews.az xəbər verir ki, yanğının baş verməsinə səbəb yaşayış binasının üzləndiyi üzlüklər olub. Araşdırmalar zamanı həmin üzlüklərin yanğına davamlı olmadığı, əksinə, tez alışan material olduğu müəyyən edilib. Hadisə yerinə FHN-in 5 yanğınsöndürəni, helikopterlər cəlb edilib. Hadisədən dərhal sonra baş vermiş faciənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Prezidentin sərəncamı əsasında baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə Dövlət Komissiyası yaradılıb.

Yanğından sonra həmin üzlüklərin istehsalçısı olan "Global Construction" şirkətinin rəhbəri iş üzrə şübhəli şəxs qismində saxlanılıb, prezidentin göstərişi ilə paytaxtdakı bütün üzlənmiş binaların üzlükləri sökülərək dəyişdirilib.

2017-ci il yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həmin binada üzləmə işlərini həyata keçirən “Global Construction” şirkətin təsisçisi Miryusif Mahmudov 8 il, direktoru Uğur Bəşirov 5 il, müavin Ələkbər Əsgərov 4 il, Binəqədi rayon icra başçısının müavini Qəzənfər Novruzov 4 il, icra hakimiyyətinin şöbə müdiri Ədalət Rəcəbov 4 il, ”JEK” müdiri Nizami Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.