108 nəfər İİV-ə yoluxan şəxs qeydə alınıb

19 May 2017 12:11 (UTC+04:00)

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova deyib.

Onun sözlərinə görə, bu ilin üç ayında İİV-ə yoluxan 108 nəfərdən 107-si Azərbaycan vətəndaşıdır: “İİV-ə yoluxma hallarının 46 faizini inyeksion narkotik istifadəçiləri təşkil edir. Cinsi yolla yoluxan xəstələrin sayı da artıb. İİV-ə yoluxanların 73 faizi kişilər, 27 faizi qadınlardır”.

O bildirib ki, hazırda Azərbaycanda İİV-lə yaşanların sayı 2629 nəfərdir. Bu xəstəlikdən 828 nəfər vəfat edib.

AzNews.az