Brazilyada etiraz dalğası- Prezidentin impiçmenti tələb olunur

19 May 2017 15:00 (UTC+04:00)

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, ən böyük etiraz dalğası Brazilya, Rio-de-Janeyro və ölkənin maliyyə paytaxtı San-Pauluda başlayıb. Etirazçılar ölkə prezidenti Temerin istefaya getməsini tələb edirlər. Təkcə San-Pauluda etiraz edənlərin sayı 6 mindən 8 min nəfərə qədər olub.

Etiraz dalğasının başlamasına səbəb prezident Mişel Temerin ölkənin ali məhkəməsinin onun barəsində araşdırmalara başlamasından sonra da istefaya getməyəcəyini açıqlamasından sonra vüsət alıb.

“Globo” redaksiyasının jurnalistləri Petrobras dövlət neftqaz şirkətinin korrupsiya ilə bağlı məhkəmələrində şahid qismində ifadə verən Brazilyanın keçmiş deputatlar palatasının rəhbəri Eduard Kunyinin rüşvət qarşılığında susmasının prezident Temer tərəfindən təsdiqlənməsi barədə səs yazılarını ali məhkəməyə göndərib.

Bu səs yazısının araşdırılmasına reaksiya bildirən prezident Temer “Mən heç kimin susmasını təmin etməmişəm. Öz postumu tərk etməyəcəm.”-deyə bəyan edib.

AzNews.az