İlham Əliyev ipəkçiliyin inkişafına 4,5 milyon manat ayırıb

19 May 2017 18:36 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat ayrılıb.