20 yaşlı gənc bıçaqlanıb- Bakıda

20 May 2017 09:00 (UTC+04:00)

AzNews.az "report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Həsən Əliyev küçəsində 1997-ci il təvəllüdlü Səfərov Asif Vasif oğlu naməlum şəxs və ya şəxslər tərəfindən yaşadığı binanın həyətinə çağırılıb. Çağırılan ünvana gedən A.Səfərov orda bıçaqlanıb. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.