İranda prezident seçkilərində Həsən Ruhani liderlik edir

20 May 2017 09:18 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ilkin nəticələrə görə, hazırkı prezident Həsən Ruhani daha çox səs toplayaraq seçkilərin qalibi olub.

Bununla o, ikinci dönəmdə də ölkə başçısı olaraq vəzifəsini davam etdirəcək.

Dövlət televiziyası 40 milyon səsdən 26 milyon səsin hesablandığını, 14.6 milyon seçicinin Ruhaniyə səs verdiyini bildirib. Bu isə Ruhanini 50 faiz səs həddini keçdiyini göstərir.

Seçki rəsmiləri seçici fəallığının 70 faiz təşkil etdiyini açıqlayıblar.

Ruhaninin əsas rəqibi İbrahim Rəisi səsvermə məntəqələrində qanunsuzluqlara yol verildiyini iddia edir. Onun sözlərinə görə, Ruhaninin tərəfdarları seçki prosesi zamanı təşviqat kampaniyasını dayandırmayıblar. Bu isə İran qanunlarına əsasən, qadağan olub.

Bəxtiyar Abbasov

AzNews.az