İraqda ardıcıl partlayışlar törədildi – 11 nəfər öldü

20 May 2017 09:29 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində azı 11 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bağdad rəhbərliyi hadisənin polis məntəqəsi yaxınlığında baş verdiyini deyib. İki avtomobil bir-birinin ardınca partladılıb.

Ölənlərin arasında 4 polis əməkdaşı da var.

Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Bəxtiyar Abbasov

AzNews.az