Trampın ilk xarici səfərində təxribat- Ər-Riyada raket atdılar

20 May 2017 12:25 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı hərbi qüvvələri Trampın paytaxt ər-Riyada çatmasına bir neçə saat qalmış Yəmən tərəfindən atılan raketi zərərsizləşdiriblər.

Raketin Husi üsyançıları tərəfindən atıldığı iddia edilir. Məlumata görə, Səudiyyə Ərəbistanına məxsus qırıcılar Yəməndə üsyançıların mövqelərinə cavab zərbələri endiriblər.

Tramp daha sonra İsrail, Fələstin, Belçika və Vatikana səfər edəcək.

8 günlük dünya turu çərçivəsində Trampın səfər etdiyi ölkələrdə İslam, Yəhudilik və Xaçpərəstlik kimi təktanrılı dinlərin hakim olması diqqət çəkir.

Bəxtiyar Abbasov

AzNews.az