İki avtomobil toqquşdu - Yaralılar var

20 May 2017 15:08 (UTC+04:00)

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunda, Cəlilabad rayon Diaqnostika Mərkəzinin yaxınlığında qeydə alınıb.

Toqquşma nəticəsində iki nəfər xəsarət alıb. Onlardan biri Cəlilabad, digəri isə Masallı Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbi məlum deyil.

Fakt araşdırılır.

AzNews.az