Bakı-Qazax yolunda ağır qəza - 5 tələbə öldü (Yenilənib 3 + Fotolar)

20 May 2017 17:49 (UTC+04:00)

“Report”un Aran bürosu xəbər verir ki, bunlar 1998-ci il təvəllüdlü Əmiraslanlı Əmiraslan Müşfiq oğlu, 1998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət oğlu, Əhmədov Elçin Cahangir oğlu və 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğludur.

Ölənlərin Maliyyə-İqtisad Kollecinin tələbələri olduğu bildirilr.

***

17:33

Hacıqabulda baş verən yol qəzasında ölənlərdən daha birinin şəxsiyyəti müəyyənləşdirilib.

“Report”un Aran bürosu xəbər verir ki, bu, Süleymanlı Murad Rafael oğludur.

Digər şəxs isə 1998-ci il təvəllüdlü Əmiraslan Müşfiq oğlu Əmiraslanlıdır.

Ölənlərin Maliyyə-İqtisad Kollecinin tələbələri olduğu bildirilr.

***

16:33

“Hundai” markalı 90-LD-773 dövlət nömrə nişanlı minik avtomobilinin yolun kənarına aşması nəticəsində ölənlərdən birinin adı məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, həmin şəxs avtomobilin sürücüsü 1998-ci il təvəllüdlü Əmiraslanlı Əmiraslan Müşfiq oğludur.

Digərlərinin şəxsiyyəti müəyyənləşdirilir.

Ölənlərin meyitləri Şirvan şəhərindəki məhkəmə tibbi-ekspertizaya aparılıb.

Ölənlərin İmişli rayon sakinləri olduğu bildirilir. Ölən sərnişinlərin hamısı tələbədir.

***

15:30

Bakı-Qazax yolunda ağır avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə saat 15:00 radələrində Bakı-Qazax magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində baş verib. Avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində ilkin məlumatlara görə, 5 nəfər ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

AzNews.az