APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb. “VAZ 21015” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində “Mercedes”in sürücüsü, 1970-ci il təvəllüdlü Qasımov Qabil Şamil oğlu xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Müayinə olunduqdan sonra Q. Qasımov evə buraxılıb.
Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.
AzNews.az