Azərbaycan 65-ci qızıl medalını qazandı - Yenilənib 2

20 May 2017 19:23 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 61 kq çəki dərəcəsində Hacı Əliyev qırğızıstanlı rəqibi Alibek Osmonovu məğlub edərək qızıl medal qazanıb.Bu, Azərbaycanın İslamiadada qazandığı 65-ci qızıl medalıdır.

***

70 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Murtuzəli Müslimov İranlı rəqibi Mustafa Hüseynxani ilə mübarizədə gümüş medal qazanıb.

***

Sərbəst güləş üzrə 86 kq çəki dərəcəsində idmaçımız Şərif Şərifov tacikistanlı rəqibi Bahadur Kodırovu 9:0 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.