Ruhani xalqa müraciət etdi

20 May 2017 20:59 (UTC+04:00)

AzNews.az xəbər verir ki, İran televiziyası ilə ikinci dəfə prezident seçildikdən sonra ilk açıqlamasını verən prezident Həsən Ruhani "İran xalqı radikalçılıq və şiddəti deyil dünya ilə anlaşma yolunu seçdi"-deyə qeyd edib.

Prezident seçkilərin başa çatdığını bildirib: “Mən bu millətin prezidentiyəm, mənə, eləcə də siyasətimə qarşı çıxanlar daxil hər bir iranlının köməyinə ehtiyacım var”.

Siyasətçi “Twitter”dən də xalqa səslənərək “Böyük İran xalqı, bu seçkinin qalibi sizsiniz”-deyə bildirib.