Kişilərdən ibarət komandamız yarımfinala vəsiqə qazanıb

20 May 2017 21:11 (UTC+04:00)

Trend-in məlumatına görə, kişilərdən ibarət yığmamızın rəqibi Fələstin millisi oyuna çıxmadığı üçün komandamıza 3:0 hesabı ilə texniki qələbə verilib.

Digər görüşlərdə də 3:0 hesabı qeydə alınıb. Səudiyyə Ərəbistanı yığması Pakistana, Türkiyə milli isə Qayana komandasına qalib gələrək yarımfinala keçiblər.

İran millisi isə mübarizəyə birbaşa yarımfinal mərhələsindən qoşulacaq.

Yarımfinal görüşləri mayın 21-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək.

AzNews.az