Sevgilisindən belə intiqam aldı - Fotolar

20 May 2017 21:50 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, sevgilisi ilə romatik bir gecə planlaşdıran Natalia Veaver görüşə gəldikdə onun yatdığını görür. Ancaq, qadının intiqamı çox fərqli olur. Belə ki, makiyaj vasitələrini götürən Natalia Stephen Hall adlı sevgilisinin üzünü boyamağa başlayır.

Sevgilisini makiyaj etdikdən sonra qadın onun şəkillərini çəkərək sosial şəbəkədə paylaşmağa başlayır. Oyandıqdan sonra üzündəki makiyajı görən Hall çox təəccüblənir. Sevgilisi isə Hallı inandırmağa çalışıb ki, o axşam evə bu vəziyyətdə gələrək yatıb. Qadın sevgilisinin gülmə krizinə girdiyini söyləyib.