Bərdədə yem üyütmə sexində yanğın olub

21 May 2017 10:37 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Bərdənin Mehdili kəndində ümumi sahəsi 1320 m2 olan yem üyütmə sexinin anbarının havalandırma borusunda yem qalıqları yanıb.

Anbar yanğından mühafizə olunub.

Yanğın saat 02:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.