Qadın güləşçimiz finalda

21 May 2017 11:27 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, 69 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Elis Manolovanın 1/4 finalda rəqibi türkiyəli Busə Tosun olub.

Gərgin keçən görüşdə E.Manolova hesabda geridə olarkən (4:10) rəqibin kürəyini yerə vurmağı bacarıb.

Beləliklə, güləşçimiz finala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.