18 yaşlı azərbaycanlı İsveçdə qalib oldu - Foto + Video

21 May 2017 12:12 (UTC+04:00)

AzNews.az Oxu.az-a istinadən xəbər verir ki, finalda o, İsveç dilində “Hold My Heart” mahnısını ifa edib.

Qeyd edək ki, İ.Nəsrullayev bir il əvvəl ailəsi ilə birgə miqrant kimi İsveçə gedib. Cəmi bir il ərzində gənc oğlan İsveç dilini öyrənib və indi bu dildə sərbəst danışır.

Qalib gəldikdən sonra İ.Nəsrullayev uduş məbləğinin bir hissəsini İsveç dilini öyrəndiyi məktəbə bağışlayacağını açıqlayıb.