Bakıda hündürmərtəbəli binada yanğın baş verdi - Foto

21 May 2017 12:38 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə "Xətai" metrostansiyası yaxınlığındakı binanın 15-ci mərtəbəsində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.

İlkin məlumata görə, yanğın ütünün cərəyana taxılmış vəziyyətdə qalması səbəb olub.