Krıma görə bir Azərbaycan vətəndaşının Ukraynaya girişinə qadağa qoyulub

21 May 2017 13:13 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu barədə bu gün Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Beredyan sərhəd dəstəsi sərhəd nəzarəti zamanı üzə çıxarıb ki, Özbəkistanın 6, Qazaxıstanın 1, Qırğızıstanın 1 və Azərbaycanın 1 vətəndaşı Krıma fəaliyyətini dayandırmış sərhəd-keçid məntəqəsindən daxil olub, Krıma səfərlə bağlı xüsusi icazəyə malik olmayıblar. Həmin şəxslər sərhədi “Çonqar” sərhəd-keçid məntəqəsindən keçməyə cəhd edərkən saxlanılıblar.