Urmiya gölünün quruması təhlükəsi aradan qaldırılır

21 May 2017 18:08 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə məlumat verən vilayətin parlamentdəki təmsilçisi Seyyid Hadi Bahadori bildirib ki, hökumətin bu gölün məhv olmaması üçün gördüyü tədbirlər nəticəsində Zarrine və Simine çaylarının gölə axması təmin edilib. Gölün qurumasının qarşısını almaq üçün 10 illik proqram hazırlanıb. Ötən 3 ildə həyata keçirilən işlər artıq faydasını verməkdədir.

Qərbi Azərbaycan vilayətinin Ətraf Mühitin Qorunması İdarəsinin rəisi Pərviz Araste jurnalistlərə bildirib ki, hazırda göldə 2,4 milyard kubmetr su var. Halbuki 4 il əvvəl bu rəqəm 500 milyon kubmetr idi.

Onun sözlərinə görə, gölün səviyyəsi ildə 34 santimetr yüksəlir. Hökumətin hazırladığı proqramın tam icrasından sonra Urmiya gölündə suyun səviyyəsi daha da artacaq.