İmişlidə maşın yandı

21 May 2017 19:52 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, İmişli rayonu, Telişli kəndində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin salonu və mühərrikində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.