Ərdoğan qurultayda ağladı - Foto

21 May 2017 18:18 (UTC+04:00)

AzNews.az Hürriyet-ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 998 gündən sonra yenidən partiyaya rəhbərlik etməyə başlayıb.

1370 nəfərin imzası ilə Ərdoğan partiyaya rəhbərliyə təklif olunub. Qurultayda Ərdoğanın nitqi 2 saat 40 dəqiqəyə yaxın davam edib.

Ərdoğan ona göstərilən dəstəyin qarşısında duyğulanıb və göz yaşlarını saxlaya bilməyib. Qurultaya Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, baş nazir Binəli Yıldırım və onun xanımı da qatılıb.