Əhalinin gəlirləri 6,8 faiz artıb

21 May 2017 20:50 (UTC+04:00)

AzNews.az Azvision.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövr ərzində gəlirlərin 86,8 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,0 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 2,7 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 13409,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,9 faiz çox vəsait qalıb.