Qadın güləşçimiz bürünc medal qazandı

21 May 2017 18:34 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən Elmira Qəmbərova bürünc medal uğrunda Kamerun təmsilçisi Etane Nqolle ilə qarşılaşıb.

Daha fəal güləşən idmançımız qələbə qazanıb - 8:0.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.