Mariya Stadnik İslamiadanın qalibi oldu

21 May 2017 19:03 (UTC+04:00)

AzNews.az Trend-də istinadən xəbər verir ki, bundan əvvəl 34 saniyə ərzində əlcəzairli rəqibini məğlub edən M.Stadnik həlledici görüşdə türkiyəli Evin Demirhanla qarşılaşıb.

Güləşçimiz yenə də vaxtından əvvəl - 2 dəqiqə 43 saniyəyə qələbə qazanaraq İslamiadanın qızıl medalına sahib olub.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.