İslamın baldızı əməliyyat zamanı öldü - “Özümüz şoka düşdük”

22 May 2017 11:49 (UTC+04:00)

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Musiqili Teatrın kostyum şöbəsinin əməkdaşı əməliyyat zamanı dünyasını dəyişib.

35 yaşlı Nağıyevanın qaraciyəri sıradan çıxıb və o, həyatını itirib. Onun ölümünə səbəb həkimlərin əməliyyatı düzgün aparmaması olduğu iddia edilib.

İslam Mehrəliyev bildirib ki, baldızının əməliyyatı zamanı qaraciyərində gizli proses gedib:

“Dəqiq hansı klinikada əməliyyat olunduğunu bilmirdik. Çünki ciddi bir xəstəliyi yox idi. Yüngülvari əməliyyat olunacaqdı. Birdə- birə qanı azalıb, halı pisləşib, qan köçürüblər. Daha sonra gecə xəbər gəldi ki, keçinib. Özümüz şoka düşdük, hadisə dünən səhərə yaxın olub. Səhər bizə məlumat gəldi ki, dünyasını dəyişib.

Həyat yoldaşımın bacısıdır. Həkim səhlənkarlığının olması barədə dəqiq məlumatım yoxdu. Əməliyyat zamanı qaraciyərində gizli proses gedib, hadisə bundan sonra baş verib”.

Qeyd edək ki, ilk dəfə məlumatı milli.az saytı yayıb.