Ağır yol qəzası - Ölən və yaralanan var

22 May 2017 12:40 (UTC+04:00)

"Report" xəbər verir ki, hadisə rayonun Alxanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Babək Qurbanov idarə etdiyi "VAZ-2107" markalı avtomobili aşırıb.

Nəticədə sürücü B.Qurbanov və sərnişinləri - Taciəddin Qurbanov, Loğman Qurbanov və Zamiq Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan T.Qurbanov orada ölüb.

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az