Meyxanaçıdan Əməkdar artistə ağır cavab: “Nə vaxt sən bu mahnını yazsan...”

22 May 2017 12:53 (UTC+04:00)

Tərəflər arasında yaranan narazılığın kökündə “Ay nənə” manhnısı dayanır. Gülüstan Əliyeva iddia edir ki, "Ay nənə” mahnısını ilk dəfə o, ifa edib. Bundan əlavə o, meyxanaçıya söz də atıb: “Sən özün bilirsən ki, kimsən.”

Meyxanaçı Samirə isə Gülüstan Əliyeva ilə qətiyyən razılaşmayıb:

“Gülüstan xanım, mən gözəl bilirəm ki, kiməm. Ali təhsilli müğənni və “Toylar kralıçası”yam. Allah canını sağ eləsin, nə istəyir desin. Mən bu mahnını oxumuşam və oxuyacamda. Mahnı 15 ildir ki, mənim ifamda “Qızıl Fond”dadır. Bəyəm bu mahnını Gülstan Əliyeva yazıb? Nə vaxt sən bu mahnını yazsan, o zaman oxumaram. Xalq mahnısıdır, kim istəsə oxuya bilər.”

Meyxanaçı Samirə “Ay nənə” mahnısının onun tərəfindən aranjıman edildiyini qeyd edib: “Gülüstan xanım da bu mahnını tar və kamança ilə oxuyub. Yaxşı eləyib, oxusun da. Bu qalmaqal kimə lazımdır?”

Bahar RÜSTƏMLİ

AzNews.az