46 yaşlı kişini ilan sancdı

22 May 2017 13:10 (UTC+04:00)

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Diryan kəndində qeydə alınıb. Kənd sakini, 1971-ci il təvəllüdlü Etibar İltifat oğlu Tahirov ilan sancması diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona ilan zəhərinə qarşı zərdab vurulub. Hazırda reanimasiya şöbəsində müalicə alır.

AzNews.az