Türkiyədə hakimiyyət çevrilişinə cəhd edənlər məhkəmə qarşısında

22 May 2017 15:43 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Ankara 221 nəfərin hakim qarşısına çıxarılacağını bildirib.

Onların əksəriyyəti yüksək rütbəli hərbçilərdir. Müttəhimlər arasında sabiq hava qüvvələri komandiri Akin Öztürk də var. Hərbçilər bir qrup fəalın qarşısından keçiblər. Fəallar sabiq hərbiçilərə edam hökmü tələb ediblər. Lakin Türkiyə qanunlarında ağır cəza olaraq edam hökmü nəzərdə tutulmur.

Müttəhimlər iyul ayında Türkiyədə hakimiyyəti çevrilişi üçün mütəşəkkil əməliyyatlar keçirməyə cəhd göstərmişdilər.

Bəxtiyar Abbasov

AzNews.az