Əfsanəvi "Rembo" geri qayıdır

22 May 2017 17:34 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, rejissor Fransanın Kann şəhərində keçirilən film festivalında layihə barədə açıqlama verib. Onun sözlərinə görə, filmin çəkilişləri ilin sonlarında start götürəcək.

Bu, Hollivud filminin Bollivud versiyası olacaq. Rejissor qeyd edib ki, o, filmdə hind kinolarında ənənəvi hala çevrilmiş rəqs və ya mahnı epizodlarına yer verməyəcək.

Mən Remboya qarşı belə etmərəm. Bu, ona qarşı təhqir olardı.

Filmdə Rembo rolunu hindli aktyor Tayqer Şrof ifa edəcək.

Rembonun əsl ifaçısı amerikalı aktyor Silvestr Stallone də yeni layihə ilə əlaqədar hindli rejissora uğurlar arzulayıb.

Bəxtiyar Abbasov

AzNews.az