Dərman qutusunda narkotik maddələr keçirməyə cəhd etdi

22 May 2017 20:05 (UTC+04:00)

AzNews.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, baxış zamanı qutunun içərisində təsiredici maddəsinin ümumi miqdarı 0,044 qram olan buprenorfin, təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan metadon və təsiredici maddəsinin ümumi miqdarı 1 qram olan tramadol adlı dərman preparatları aşkarlanıb.

Xatırladaq ki, buprenorfin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr"in II siyahısına, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II siyahısına, tramadol isə "Güclü təsir edən maddələr"in siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.