Böyük Britaniya terrorunu kamikadze törədib

23 May 2017 10:30 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, polis onun hadisə yerində öldüyünü bildirib. Onun üzərində partlayıcı maddə olub. Kamikadzenin Böyük Britaniya vətəndaşı olması ehtimalları da istintaqın diqqətindədir.

Amerikalı müğənni Ariana Qrandenin konsertindən sonra baş vermiş hadisə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb. 50-dən çox insanın isə yaralandığı qeyd olunur. Ölənlər arasında azyaşlı uşaqların da olduğu bildirilir.

Məlumata görə, müğənni Ariana Qrande hadisə ilə əlaqədar dərin sarsıntı keçirib. Qrande hadisə ilə əlaqədar təəssüf etdiyini bildirib.

Bəxtiyar Abbasov

AzNews.az