Küveyt aviaşirkəti Bakıya birbaşa uçuşlar həyata keçirəcək

23 May 2017 11:56 (UTC+04:00)

Trend-in məlumatına görə, reyslər həftədə 2 dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Bundan başqa, Küveyt vətəndaşları üçün Azərbaycana viza almaq prosedurları sadələşdirilib. Bu ölkənin vətəndaşları ASAN Visa sistemi vasitəsilə onlayn rejimdə 3 gün ərzində viza ala bilər.

Qeyd edək ki, “Jazeera Airways” 2004-cü ildə yaradılıb və il ərzində 16 istiqamət üzrə 1,25 milyona yaxın sərnişinə xidmət göstərir.

AzNews.az