Aygün Bayramovanın toy günündən ilk görüntülər

23 May 2017 20:12 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Bakıda məşhur otellərdən birində keçirilən toydan ilk fotoları müğənni Nadir Qafarzadə və digər məşhur ifaçılar şəxsi İnstagram hesabında paylaşıblar.

Aygün Bayramova AzNews.az-a müsahibəsində gəlin paltarının başqa ölkədən alındığını qeyd edib: “Azərbaycanda almadıq. Əsas odur ki, gəlin paltarı ürəyimcədir. Qiymətini deməyəcəm, belə şeylərə ehtiyac görmürəm.”

Sənətkar ailə qurandan sonra səhnədən uzaqlaşmayacağını vurğulayıb: “Səhnə mənim həyatımdır. 9 yaşımdan həyatım səhnədə keçib.”

Xalq artisti toya mətbuat nümayəndələrinin dəvət olunmadığını dedi.

Qeyd edək ki, 49 yaşlı sənətkar İran vətəndaşı, İranda Almaniyanın məşhur “KÖHEL” avtomobillərinin rəsmi distribyuteri Fəraməz Gərmrudi ilə ailə həyatı qurub. İran vətəndaşı olan Gərmrudi 1955-ci ildə İranda anadan olub, 3 qız atasıdır. Qızları ailə qurub, ikisi İranda, biri Almaniyada yaşayır.