Polis motosikleti qəzaya düşdü - Bakıda

24 May 2017 10:10 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Dövlət Yol Polisi İdarəsinə məxsus, polis nəfəri Yaşar Qocalının idarə etdiyi “Yamaha” markalı motosiklet “Mercedes” markalı minik maşını ilə toqquşub. Nəticədə xəsarət alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az