Bakıda növbəti avtobus qəzası: yaralananlar var

8 Fevral 2013 16:31 (UTC+04:00)
Hadisə Babək prospektində qeydə alınıb. Şəhər istiqamətində 50 saylı xətt avtobusu minik maşını ilə toqquşub. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Məhərrəm Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Digərlərinə isə hadisə yerində ilkin tibbi yardım göstərdikdən sonra buraxılıblar.

APA