İlham Əliyev İordaniya kralını təbrik edib

24 May 2017 19:46 (UTC+04:00)

AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

“Əlahəzrət, əziz qardaşım, İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram”.