Vergidən yayınan Messinin həbs cəzası qüvvədə qaldı

24 May 2017 20:55 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Barselona şəhər məhkəməsi futbolçu haqda çıxarılan 21 aylıq həbs cəzası hökmünü qüvvədə saxlayıb.

Məhkəmə Messini 2 milyon avro, onun atası Xorxeni isə 1,5 milyon avro həcmində cərimələyib. Argentinalı hücumçunun məhkəmənin bu qərarı ilə əlaqədar apelyasiya şikayəti verəcəyi gözlənilir.