Əkrəm Əylisli ilkə imza atdı - ANTİREKORD

8 Fevral 2013 17:46 (UTC+04:00)


Kiçik araşdırma apardıq və məlum oldu ki, sən demə, Əkrəm Əylisli Azərbaycanda ilkə imza atıb. Belə ki, O, "Xalq yazıçısı" fəxr adından məhrum edilən ilk yazıçıdır.

Yazıçılar Birliyinin sözçüsü Ədalət Əsgəroğlunun AzNews.az-a verdiyi açıqlamaya görə, birliyin tarixində belə olay olmayıb: "Yazıçılar Birliyi 1934-cü ilə yaradılıb. Bu günə kimi birlik üzvlərindən heç kəs belə cəza almayıb. Ən ağır cəza birlik üzvülüyündən xaric edilmə olub".

Bahar Rüstəmli
AzNews.az