Rusiyada meşə yanğınları tüğyan edir- Fövqəladə vəziyyət elan edildi

25 May 2017 09:54 (UTC+04:00)

AzNews.az yerli KİV-ə istinadən xəbər verir ki, Krasnoyarsk və İrkutsk vilayətlərində küləyin sürəti saniyədə 27 metrə çatdığından yanğınlara nəzarət etmək mümkün deyil. Xilasedicilər Mi-8 helikopterləri vasitəsilə fəlakət zonalarından 5,2 min sakini evakuasiya edə bilib. 144 yaşayış evi yanıb. Iki nəfər həlak olub.

Meşə yanğınları ilə bağlı ən acınacaqlı vəziyyət Krosnoyarsk vilayətindədir. Burada 129 ev yanıb.