Sürücülərə bəd xəbər - Bu yol bağlanır

25 May 2017 12:09 (UTC+04:00)

“Azəravtoyolserviz” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin AzNews.az-a verdiyi məlumata görə, artıq Füzuli meydanı ətrafında yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində mövcud dairənin ləğv edilməsi işlərinə başlanılıb:

“Bu səbədən Füzuli küçəsindən dairəyə doğru çıxış hissə müvəqqəti olaraq bağlanıb. Həmin istiqamətdən qələn avtonəqliyyat vasitələri alternativ olaraq İslam Səfərli küçəsinə yönəldilib. Sürücülər həmin yoldan istifadə edərək yenidən Şıxəli Qurbanov küçəsinə çıxa bilərlər.”

Anar Nəcəfli bildirib ki, dairənin ləğv edilməsi istiqamətində aparılan işlər bir neçə gün ərzində davam etdiriləcək:

“Bu müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətində qismən məhdudlaşdırmalar tətbiq ediləcək. İşlər tam yekunlaşdıqda isə avtonəqliyyat vasitələrinin hərəkəti dairədən sağa, Füzuli küçəsinin davamı olaraq yeni salınmış yola, oradan da yeni yaradılmış geri dönmə hissə ilə Mirzəağa Əliyev küçəsinə yönəldiləcək.”

Bahar RÜSTƏMLİ

AzNews.az