Nataliya Oreyro bir ayda 30 kiloqram çəki itirdi- FOTO

25 May 2017 12:21 (UTC+04:00)

Aktrisa “Vəhşi Mələk” serialında oynadığı roluna görə məşhurdur. Serialın çəkilişlərindən etibarən aktrisanın həyatında çoxlu dəyişikliklər olub. 2001-ci ildə Oreyro rok ifaçısı Rikardo Moloya ərə gedib. 11 ay sonra isə cütlüyün oğlu dünyaya gəlir. Hamiləlik dövründə isə Oreyro 30 kilo kökəlib.

AzNew.az xarici mətbuata istinadən xəbər verir ki, Oreyro, arıqlamasında, əslində, heç bir sirrin olmadığını deyib.

Aktrisa qeyd edib ki, arıqlaması üçün ona körpəsini əmizdirməsi, şokolad və unlu qidalardan qətiyyən imtina etməsi kömək olub. Həmçinin, fiziki iş görməsi də Oreyroya bu işdə kömək edib.

“Mütləq minimum səviyyədə belə olsa, fiziki iş görmək lazımdır. Atanı dünyaya gətirdikdən sonra mən çoxlu rəqs etdim, velospied sürdüm, yoqa ilə məşğul oldum. Bundan başqa, mənim üçün güclü stimul var idi. Mən bir ay sonra kinofestivalda qırmızı xalı üzərinə çıxmağa hazırlaşırdım. Mən bu imkanı əldən verə bilməzdim. Mən möhtəşəm görünmək istəyirdim. Ən azından ona görə, ətrafımda məni sevən pərəstişkarlar və nəzəri üzərimdə olan fotoqraflar olacaqdı”

Bəxtiyar Abbasov

AzNew.az