Zakir Həsənov Rusiyaya getdi

25 May 2017 12:25 (UTC+04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 26-da Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün bu gün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə yola düşüb.