Evakuator maşını qəzaya uğradı - Yaralanan var

25 May 2017 12:32 (UTC+04:00)

“Report”un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, A.Mustafayev küçəsində qeydə alınıb.

Belə ki, Xaçmaz rayon sakini İbadulla Absəlimovun idarə etdiyi “Renault” markalı evakuator maşını Məlahət Məsimovanın idarə etdiyi “KİA” markalı avtomobillə toqquşub. Nəticədə M.Məsimovanın sərnişini Kəmalə Tatarova xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az